Prezident: "Regionda yeni enerji xəritəsi yaratmışıq"

"Azərbaycan enerji daşıyıcılarının çatdırılması sahəsində rolunu gücləndirir. Regionda yeni enerji xəritəsini yaratmışıq". SİA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılışında çıxış edərkən deyib.

Ölkə prezidenti söyləyib ki, nəinki Azərbaycanın öz enerji resursları, hətta Xəzərin şərqindəki enerji resursları da yaradılan infrastrukturla dünya bazarlarına çıxarılır: "TANAP layihəsi də artıq başlayıb, daha sonra TAP layihəsi icra olunacaq. Bolqarıstan da Azərbaycanın enerji siyasətinin bir hissəsi olacaq. Əminəm ki, Balkan regionunda yerləşən ölkələr gələcəkdə bizim layihələrə qoşulacaq. Azərbaycanın nəhəng enerji ehtiyatları var, 2018-2019-cu illərdə bu layihələr icra olunmalıdır. Bununla bağlı Bakıda Məşvərət Şurasının iclası keçirildi. Enerji təchizatının şaxələndirilməsi Milli təhlükəsizlik məsələsi kimi qəbul edilməlidir: "Avropa üçün yeganə təbii enerji mənbəyi Azərbaycandır. Biz başqa enerji təchizatçıları ilə rəqabət apardığımızı demirik. Azərbaycan növbəti ay Riqa sammitində iştirak edəcək. Avropa Birliyinin 7 ölkəsi ilə enerji sahəsində əməkdaşlıqla bağlı saziş imzalamışıq. İnanıram ki, Avropa Birliyi müxtəlif ölkələrlə müxtəlif əməkdaşlıq formatlarına, o cümlədən Azərbaycanla strateji tərəfdaşlıq formatına üstünlük verəcək".

Prezident söyləyib ki, radikallaşma sabitliyə zərbədir. Yoxsulluq, işsizlik radikallaşmaya zəmin yaradır: "Bu səbəbdən təhsil radikallaşmadan qorunma, inkişafa aparan yoldur. Biz azadlıq, demokratiya, yolunda inkişaf etdirməli, müstəqilliyimizi gücləndirməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə