Bu gün Bakıda Azərbaycan NATO Beynəlxalq Məktəbinin (NISA) növbəti konfransı keçirilib. SİA-nın məlumatına görə, NISA-nın hazırki konfransı "Xəzər regionunun geosiyasi icmalı: Azərbaycan üçün yeni rol" mövzusuna həsr olunub.
Konfransda çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik departamentinin rəhbəri Qaya Məmmədov iştirakçıları salamlayaraq, müzakirə olunacaq mövzuların əhəmiyyətindən və vacibliyindən danışıb. Bildirilib ki, iqtisadi cəhətdən Xəzər dənizi enerji resurlarına bağlı bir regiondur: "2003-cü ildən fəaliyyət göstərən NISA beynəlxalq təhlükəsizlik məsələləri üzrə fəal və səmərəli platformadır. 70 ölkədən beynəlxalq 1000-dən çox məzunu olan NISA-nın məqsədi Avro-Atlantik məkan və onun hüdudlarından kənarda yerləşən ölkələrin gənc elmi tədqiqatçıları, müstəqil ekspertləri arasında əməkdaşlıq şəbəkəsinin qurulması, təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, çağdaş təhdidlərin müzakirəsi və onların həlli yollarının araşdırılmasından ibarətdir".
Daha sonra regionun tarixi və geosiyasi inkişafı, region ölkələrinin mövqeləri və strateji maraqları, böyük dövlətlərin, o cümlədən beynəlxalq və regional təşkilatların apardıqları siyasət və bunun regiona təsiri, eləcə də imkanlar (iqtisadi, enerji, nəqliyyat və s.) və s. mövzularla bağlı müzakirələr aparılıb.
Tədbirdə Azərbaycan, Almaniya, Bolqarıstan, Gürcüstan, Kanada, İtaliya, Macarıstan, Qazaxıstan, Pakistan, Polşa, Rusiya, Türkiyə və s. ölkələrdən 40 tələbə və gənc alim iştirak edir. Sessiyada mövzu ətrafında ixtisaslaşmış və tanınmış yerli və xarici ekspertlər məruzəçi qismində çıxış ediblər.
Qeyd edək ki, konfrans 27 aprel-1 may tarixlərinədək davam edəcək. NISA konfransının əsas məqsədi qabaqcıl tədris metodologiyası vasitəsilə mövzular üzrə akademik üzrə mühazirələr, fikir mübadiləsi və müzakirələr aparmaqdan ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB