Uorlikdən "soyqırımı" tviti

ATӘT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik qondarma erməni soyqırımı ilə bağlı fikirlərini açıqlayıb. SİA-nın məlumatına görə, həmsədr buna öz rəsmi "Twitter" səhifəsində münasibət bildirib.

"Biz Dağlıq Qarabağın sülh yolu ilə həllinə çalışdığımız üçün Osmanlı İmperiyasının son günlərində baş verənləri, əzab-əziyyəti və qətliamları xatırlayır, bütün qurbanlar üçün yas tuturuq" - deyə, Uorlik qeyd edib.

Xatırladaq ki, ermənilər bu gün qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı mərasim keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə