Birgə toplantı keçirilib

2015-ci ilin 18 aprel tarixində İslamabad şəhərində Azərbaycan-Pakistan Media Forumu (APMF) və Baydari Fikri Forumunun birgə toplantısı keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, toplantıda Avropa Parlamentinin qondarma "erməni soyqırımı" ilə əlaqədar qətnaməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin açıqlaması oxunub. Daha sonra tədbirdə Pakistanın sabiq xarici işlər katibi, APMF-nun baş katibi Əkrəm Zəki, sabiq federal nazir Dr. Qulam Xan, Pakistan jurnalistləri federal birliyinin sabiq baş katibi Riffat Kadri çıxış edərək Avropa Parlamentində qəbul edilmiş qətnamə haqqında fikirlərini bölüşüblər. Natiqlər, bu qətnamənin tam əsassız və qərəzli olduğunu qeyd edərək, 1918-ci ilin mart qırğınlarında və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində azərbaycanlılara qarşı soyqırım törədildiyini bildiriblər.

Toplantı haqqında məlumat "PAMF və BFF qondarma "erməni soyqırımını" pisləyirlər" adlı məqalə "National Herald Tribune" və "Statetimes" qəzetlərində dərc edilib.

Pakistanın diplomatik çevrələrdə xüsusi çəkiyə malik olan "Centreline" jurnalı və "Diplomatic News Agency" informasiya agentliyi tərəfindən "Avropa Parlamentinin "erməni soyqırımına dair qətnaməsi qərəzli və əsassızdır" adlı materiallar dərc edilib. Yazıda, Avropa Parlamentinin qondarma "erməni soyqırımı"-na dair qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin açıqlaması öz əksini tapıb. Eyni zamanda, adı çəkilən KİV-də "Press and Journal" qəzetində nəşr edilmiş məqalə əsasında "Press and Cornal: Ağdamda baş verənlər azərbaycanlılara qarşı soyqırımıdır" adlı məqalə dərc edilib.

Materiallarla aşağıdakı linklərdən tanış olmaq mümkündür.

1. http://dnanews.com.pk/?p=40528

2. http://centreline.com.pk/?p=4937

3. http://www.statestimes.net/2012/04/pamf-and-bff-jointly-condemn-the-resolution-on-%E2%80%9Cso-called-armenian-genocide%E2%80%9D-adopted-by-the-european-parliament.html

4. http://dailynht.com/epaper/main.php?action=epaper&id=main&page=2&dt=20-04-2015

5. http://dnanews.com.pk/?p=40765

6. http://centreline.com.pk/?p=4941

Bütün xəbərlər Facebook səhifəmizdə