"ABŞ ən çox silah ixrac edən ölkədir və bu fakt danılmazdır. Dünyanın ayrı-ayrı ölkələrində münaqişə yartmaqla, münaqişələri stimullaşdırmaqla həmin dairələrə silah satışını təmin edir. Təbii ki, bunun nəticəsi olaraq da böyük gəlirlər əldə edir". Bu fikirləri SİA-ya politoloq, Elçin Mirzəbəyli ABŞ siyasətçisi Ron Polun yeni təhlükələrin silah istehsal edən şirkətlərə böyük gəlir gətirdiy fikirlərinə münasibət bildirərkən deyib.
Politoloq qeyd edib ki, ABŞ əslində terrora qarşı mübarizə altında terroru stimullaşdırır: "Həmçinin terrorçu qruplar yaratmaqla bu qruplara qarşı yönələn dövlətlərə silah satır".
Elçin Mirzəbəyli bir faktı da vurğulayaraq bildirib ki, ABŞ-ın bəzi qruplarından olan şəxslər Azərbaycanın dövlət rəsmilərinə qarşı sanskiyanın qoyulması tələbi ilə çıxış ediblər: "Onların ön cərgəsində Elliot Abramsın adı yer alırdı. Bu insan 1985-ci ildə İrana gizli şəkildə silah satdığına görə ABŞ-da mühakimə olunan bir şəxsdir. Hətta silah alverində iştirak edən şəxslər analitik mərkəzlərə yerləşdirilərək ABŞ Adminstrasiyasına qədər yol tapıblar. Bu insanların vasitəsilə ayrı-ayrı dövlətlərə qarşı təbliğat apararaq onlara qarşı təzyiqlər göstərməyə çalışırlar".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB