Aydın Mirzəzadə: “Bu insanın kimlərlə əlaqələsi olduğunu yaxşı bilirlər” AÇIQLAMA

Aydın Mirzəzadə: “Bu insanın kimlərlə əlaqələsi olduğunu yaxşı bilirlər” AÇIQLAMA

"Abbas Abbasov hansısa biznes sahəsində işləsə, yaxud da vətəni Azərbaycanla bağlı layihələrdə iştirak etsə, daha yaxşı olardı. O zaman bu təqdirəlayiq hesab olunardı". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə "Azərros"un qurultayında Abbas Abbasova qarşı səsləndirilən ittihamlara münasibətini açıqlayarkən deyib.

Millət vəkili qeyd edib ki, onun qısa müddət ərzində Rusiyada fəaliyyət göstərən diaspora təşkilatının liderinə çevrilməsi və sonradan həmin təşkilatın adının müəyyən qalmaqallarda hallanması diqqətlərdən yayınmadı: "Təşkilatda baş verən qalmaqallar təkcə Azərbaycan mətbuatında deyil, həmçinin Rusiya mətbuatında da geniş yer aldı. Bu da özünə bir imic formalaşdıran təşkilatı böhrana sürüklədi. Axırıncı bir il ərzində təşkilatda üç rəhbər dəyişikliyi olub. Bu isə bir daha onu göstərdi ki, Abbas Abbasovun fəaliyyəti həmin təşkilat tərəfindən qəbul edilmir. Təşkilat bu insanın bir alətinə çevrilmək istəmir və onun sərbəstliyini bir nəfərin istəyinə uyğun olaraq qurulmasına etiraz edir".

YAP rəsmisi həmçinin Abbas abbasov haqqında müəyyən fikirlər səsləndirən insanların uzun müddət onunla işlədiyini diqqətə alaraq vurğulayıb ki, həmin şəxslər bu insanın kimlərlə əlaqələrinin olduğunu daha yaxşı bilirlər: "Bu baxımdan səsləndirilən ittihamlar tanıdıqları adama verilən bir qiymət kimi dəyərləndirilməlidir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə