"Müsavat" Partiyası tərəfindən Bakı şəhərində 19 aprel 2015-ci il tarixdə planlaşdırılan yürüşün keçirilməsi ilə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinin Qəbul otağında toplantı təşkilatçısı Razim Əmiraslanlı ilə görüş keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə ona, planlaşdırdıqları yürüşün ərazisi nəqliyyatın intensiv hərəkət etdiyi ərazi olduğundan, yürüşdə iştirak etmək niyyəti olmayan vətəndaşların sərbəst hərəkətinin, eyni zamanda nəqliyyat vasitələrinin iş ahənginin və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsində ciddi problemlərin yaranma ehtimalını nəzərə alaraq, yürüşün keçirilməsinin mümkün olmadığı bildirilib.
Eyni zamanda "Müsavat" Partiyasının nümayəndəsi Razim Əmiraslanlıya 19 aprel 2015-ci il tarixdə saat 15:00-17:00-dək Balı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirilməsi təklif olunub.
O isə bidlirib ki, mitinq keçirmək niyyətimiz yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB