Yəhudi icması dini tolerantlıqdan razılıq edir AÇIQLAMA

Murad Salmanov: “Azərbaycan – İsrail münasibətlərinin əsasını Azərbaycan-Yəhudi qardaşlığının təməli təşkil edir”
Yəhudi icması dini tolerantlıqdan razılıq edir AÇIQLAMA

"Azərbaycanda mövcud olan tolerantlıq bəlkə də dünyanın heç bir ölkəsində yoxdur. Bu Azərbaycan xalqının özündən irəli gəlir. Yəhudilər Azərbaycanda tarixən yaşayıblar və heç bir zaman antisemitizmə və yaxud da hər hansısa bir haqqsızlığa məruz qalmayıblar". Bu sözləri SİA-ya açıqlamasında Amerika Yəhudiləri Yardım Təşkilatının(Vaad L Hatzolas Nidchei Yisroel) mətbuat xidmətinin katibi Murad Salmanov deyib.

Onun sözlərinə görə, bütün tarixi dövrlərdə Azərbaycanda yaşayan etnik xalqlar hər zaman sülh içərisində yaşayıblar: "Hazırki dövrdə Azərbaycan siyasətinin önəmli sahələrindən biri multikulturalizmlə bağlıdır. Bu siyasətin əsası Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mənim fikrimcə neft Azərbaycanın milli sərvəti olduğu kimi tolerantlıq da ölkəmizin milli sərvətidir. Çünki hazırki şəraitdə bir çox qərb ölkələrinə antisemitizm olduğu halda Azərbaycanda yəhudilər sülh içərisində yaşayırlar. Bu danılmaz faktdır və bu faktı Azərbaycanda yaşayan yəhudilər heç bir zaman unutmur. Xarici bir ölkəyə gedən yəhudilər də getdiyi ölkədə bu faktları xüsusilə vurğulayırlar".

Daha sonra Murad Salmanov Azərbaycan ilə İsrail arasında olan dostluq münasibətlərinə də öz fikrini bildirib. Onun sözlərinə görə, Azərbaycan – İsrail münasibətlərinin əsasını Azərbaycan-Yəhudi qardaşlığının təməli təşkil edir: "Çünki Azərbaycanda tarix boyu yəhudilərə qarşı çox yaxşı münasibət olub. Bu gün beynəlxalq aləmdə İsraillə Azərbaycanın bir-birinə ehtiyacı var. Çünki Azərbaycanın yerləşdiyi geostrateji məkan bu iki ölkənin yaxından münasibət qurmasının əsasını təşkil edir. Bundan başqa Azərbaycanın məruz qaldığı haqqsızlıqlar və bu haqqsızlıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına yəhudi lobbisinin iştirakı bu münasibətlərin inkişafına daha da böyük təkan verir".

Bütün xəbərlər Facebook səhifəmizdə