Elman Məmmədov: “Biz onlara qanun çərçivəsində vətəndaşlıq verə bilərik” AÇIQLAMA
"Erməninin harada yaşamasından asılı olmayaraq o ermənidir. Erməniyə ancaq onun əqidəsinə, Azərbaycana olan münasibətinə görə fərq qoymaq olar". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ konflikti başlayana qədər orada yaşayan ermənilər Azərbaycan vətəndaşları idilər, bu danılmazdır: "Əgər onlar Azərbaycan qanunlarını qəbul edib ölkə konstitusiyasına riayət edirlərsə, biz onlara qanun çərçivəsində vətəndaşlıq verə bilərik. Təbii ki, onların içərisində Serj Sarkisyan, Robert Koçaryan kimi çox qatı cinayətkarlar var. O cinayət törədənlər öz əməllərinə görə cəzalarını alacaqlar. Ancaq azərbaycanlılara qarşı törədilən cinayətlərdə əli olmayan vaxtilə Azərbaycan vətəndaşı olan kəslər yenidən Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını desələr, bizim qapımız hər zaman onların üzünə açıqdır. Əsas şərt budur ki, mənim qanunlarıma tabe olmalısan, mənimlə birgə yaşamalısan və çirkin erməni xislətindən əl çəkməlisən. Yalnız bu şərtlər daxilində bu məsələlərə müsbət yanaşmaq olar".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB