Fəzail Ağamalının parlament müraciəti

Fəzail Ağamalının parlament müraciəti

"Ölkədə keçiriləcək Avropa Olimpiya oyunları yaxınlaşdıqca, Azərbaycana qarşı böhtan və şər kampaniyası daha da güclənir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fəzail Ağamalı bildirib.

F. Ağamalı vurğulayıb ki, bu cür şər və böhtan kampaniyası Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışına təsir göstərmək gücündə deyil: "Biz bu cür beynəlxalq tədbirlərin öhdəsindən dəfələrlə çox uğurla gəlmişik. Bundan əvvəl də "Eurovision" yarışı ərəfəsində bu cür qara kampaniyalar var idi, ancaq biz həmin tədbiri də uğurla keçirdik. Sözsüz ki, bundan sonra da Azərbaycan hökuməti bu cür tədbirlərin öhdəsindən uğurla gələcək. Ancaq burada təəssüfedici məsələ odur ki, bəzi dairələr Azərbaycana qarşı şər və böhtan kampaniyası həyata keçirir. Mən buradan bütün millət vəkilləri və media nümayəndələrinə səslənirəm və xahiş edirəm ki, Azərbaycana qarşı yönələn şər və böhtan kampaniyasına onlar adekvat addımlar atsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə