BƏƏ vitse-prezidenti rəsmi qarşılandı

BƏƏ vitse-prezidenti rəsmi qarşılandı

Azərbaycana rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun aprelin 2-də rəsmi qarşılanma mərasimi olub. SİA-nın məlumatına görə, qonağı Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri prezident İlham Əliyeva təqdim olunub.

Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun geniş tərkibdə görüşü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə