"Siyasi partiya üzvlərinin bir-birləri ilə rəqabət aparmağı başadüşüləndir. Çünki siyasi arenada istənilən partiya digərinin rəqibidir. Bu baxımdan da bir partiya üzvlərinin digər partiya üzvlərini sosial şəbəkələrdə qınaq obyektinə çevirməsi, onları ictimaiyyətin gözündən salmasına bəraət qazandırmaq olar".
Bu fikirləri SİA-ya Müsavat Partiyasının keçmiş Divan üzvü, müsavatçı Tural Abbaslı sosial şəbəkələrdə cəbhəçilərlə müsavatçıların bir-birləri ilə söz savaşına çıxmasına, hətta bir çox hallarda təhqirlərə yol vermələrinə öz münasibətini açıqlayarkən deyib.
Tural Abbaslı qeyd edib ki, siyasi metodlardan istifadə edərək sağlam tənqidlər olsa daha yaxşı olar: "Əgər söz savaşı şantaja, ifrat təhqirə, qeybətə keçirsə, bu həmin partiya rəhbərliyini gözdən salır. Bu isə onlara ictimaiyyət arasında heç bir nüfuz qazandırmır. Nəzərə alsaq ki, bu gün müxalifətin daxili rəqabət üçün əsasları yoxdur və müxalifət daha çox siyasi hakimiyyətə gəlmək üçün çalışmalıdır, əsas hədəfi iqtidar olmalıdır o zaman başqa mənzərə ortaya çıxar. Amma təəssüflər olsun ki, hələ də bunu reallaşdıra bilmirlər. Müxalifətdə olan bəzi siyasi partiya rəhbərlərinin şəxsi münasibətləri partiya münasibətlərinə yansıyır. Bu da təmsil olunduqları partiya siyasətində özünü biruzə verir. 20 ildən artıq bir zamanda davam edən bu cür hallar, münasibətlər əminəm ki, gənclərin sayəsində aradan qaldırılacaq. Əsas hədəfə doğru addımlar atmaqla, bu cür alışqanlıqlardan xilas olmağı arzu edərdim".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB