Prezidentlərin 60 dəqiqəlik telefon danışığı

Prezidentlərin 60 dəqiqəlik telefon danışığı

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Obama ilə arasında 60 dəqiqəlik bir telefon danışığı olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, telefon danışığında daha çox İraq və Suriyada sülh və sabitliyin qorunması məqsədiylə həyata keçirilən ortaq səylər müzakirə edilib. İki lider, Suriya ilə əlaqədar olaraq, mülayim Suriya müxalifətini dəstəkləmə, xarici döyüşçülərin bu ölkəyə sızması barədə də fikir mübadiləsi aparıblar. Prezident Obama, görüş zamanı, Türkiyənin Suriya və İraqdan bu ölkəyə sığınan təxminən 2 milyon insana ev sahibliyi etməsindən dolayı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana öz təşəkkürünü bildirib. Yəmən və Ukraynadakı son hadisələr, həmçinin İranın nüvə proqramıyla əlaqədar müzakirələrin ələ alındığı görüşdə iki lider, digər regional mövzularda da müzakirələr apararaq önümüzdəki zamanlarda bir sıra yeni görüşlərin təşkil olunmasının vacibliyini vurğuluyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə