Sahibə Qafarova: “Azərbaycanın liderliyini dünya etiraf edir” MÜNASİBƏT

Sahibə Qafarova: “Azərbaycanın liderliyini dünya etiraf edir” MÜNASİBƏT

"Azərbaycan dövlətinin ötən ildə əldə etdiyi nailiyyətlərdə ən önəmli faktorlardan biri ölkəmizdə hökm sürən sabitlik və vətəndaş həmrəliyi amilidir". Bu fikirləri SİA-ya millət vəkili, AŞPA-nın Gender bərabərliyi üzrə alt komitəsinin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabata münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, güclü dayaqlara malik sabitliyin bərqərar olması ölkənin iqtisadi inkişafını şərtləndirir və son illərin göstəriciləri Azərbaycanın yüksək iqtisadi inkişafının konturlarını müəyyən edir: "İnkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən – ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur".

Sahibə Qafarova həmçinin bildirib ki, ölkəmizdəki əlverişli mühit digər sahələrdə də uğurlararın, o cümlədən, iqtisadiyyat, sosial, elm, mədəniyyət, idman və humanitar sahələrdə əsaslı nailiyyətlərin qazanılmasına imkan verib: "Şübhəsiz ki, bu nailiyyətlərin əldə olunmasında Azərbaycan hökumətinin fəaliyyəti də təqdirəlayiqdir. Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti müsbət qiymətləndirilir və qənaətbəxş hesab olunur. Hesab edirəm ki, hökumət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Nazirlər Kabineti qarşısında qoyulan vəzifə və tapşırıqların öhdəsindən uğurla gəlməyi bacarıb".

Sahibə Qafarova əlavə edib ki, 2014-cü ildə də Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, öz dinamik inkişaf səviyyəsini qoruyub-saxlamağa nail olub: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edir və bu siyasətin başlıca məqsədi kimi hər bir vətəndaşın rifahı davamlı olaraq yüksəlir".

Millət vəkili elm və təhsildə əldə edilən uğurlardan da danışıb: "Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanın milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmin və təhsilin inkişafı sahəsində görülən işlərə toxunmaq istəyirəm. Hesabatda da vurğulanır ki, ötən il təhsilin inkişafına 1,65 milyard manatdan artıq vəsait ayrılıb. Əlbəttə, bu, kifayət qədər ciddi vəsait olmaqla yanaşı, ölkə təhsilinin inkişfaında əhəmiyyətli töfhədir. İnanıram ki, bu il və qarşıdakı illərdə də təhsil sahəsində islahatlar, bu strateji sahəyə dövlət dəstəyi artaraq davam etdiriləcək. Eyni zamanda, elm sahəsində də əsaslı işlər görülüb. Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə elmi potensialın qorunması, inkişaf etdirilməsi yönündə çox mühüm addımlar atılmaqdadır. Nazirlər Kabinetinin hesabatında da göstərilir ki, ötən il 146,8 milyon manat vəsait ayrılıb".

Sahibə Qafarova Azərbaycan elminin beynəlxalq sahədə də kifayət qədər nailiyyətlər qazandığını deyib: "Məmnuniyyətlə qeyd etmək istərdim ki, son dövrlərdə elm sahəsində aparılan əsaslı islahatlar bu sahədə elmi fəaliyyətin təşviqi, elmi institutların fəaliyyətinin genişləndiridməsi, alimlərinin beynəlxalq arenada təmsilçilyiiin artırılması istiqamətində nəzərə çarpaqn uğurların yaranmasını da təmin edib. Düşünürəm ki, bu gün həyata keçirilən effektiv islahatlar Azərbaycanın elm və təhsil sisteminin inteqrasiyasına, ölkədə standartlarının yüksəldilməsinə, Azərbaycan elminin dünyanın qabaqcıl dövlətləri ilə rəqabət qabiliyyətinin artırılmasına və nəticə etibarilə cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycanın regionun elm mərkəzinə çevrilməsinə şərait yaradacaq".

Gender və uşaq problemlərinin həlli istiqamətində də hökumət tərəfindən görülən işlərə toxunan millət vəkili qeyd edib ki, ailə, qadın və uşaq problemləri, gender məsələlərinin əhali üzrə də hökumətin gördüyü işlər qənaətbəxş qiymətləndirilir: "Bildiyimiz kimi, bu gün Azərbaycanda kifayət qədər effektiv gender siyasəti həyata keçirilir və ötən ildə də bu sahədə ardıcıl işlər davam etdirilib. Xüsusilə, regionlarda qadınların fəalllığını artırılması yönündə işləri qeyd etmək istərdim. Bu işlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin uğurlu fəaliyyətinin də mühüm rolu var. Ona görə də, həm bu fəaliyyəti, həm də təqdim edilən hesabatı yüksək qiymətləndirmək lazımdır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə