Elmar Məmmədyarov sudanlı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov sudanlı həmkarı ilə görüşüb

Bu gün Sudan Respublikasının xarici işlər naziri Ali Ahmed Karti Azərbaycan Respublikasında rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. SİA-nın məlumatına görə, nazirlər arasında həm ikitərəfli, həm də geniştərkibli görüş keçirilib.

Müzakirələrdə iki ölkə arasındakı əlaqələr, regional və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi müzakirə olunub.

Görüşdən sonra hər iki nazirin birgə iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə