Elman Nəsirli: “Məruzəçinin regiona səfəri münbit şərait yarada bilər”
"Məlum olduğu kimi AŞPA müstəvisində Azərbaycan tərəfi Ermənistanın işğalçı siyasəti və onun nəticələri ilə bağlı çox ciddi işlər görür. Görülən işlərin də artıq çox müsbət nəticələri ortaya çıxmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib.
Onun sözlərinə görə, görülən işlərin əsas nəticələrindən biri bu məsələlərlə bağlı məruzəçinin təyin olunmasıdır: "AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin işğal faktı və onun bəticələri ilə bağlı araşdırması hesab edirəm ki, AŞPA səviyyəsində daha ciddi və daha arqumentli müzakirələrin keçirilməsinə imkan yaradacaq. Onu da xatırlamaq lazımdır ki, ATƏT-in bu məsələ ilə bağlı missiyası iki dəfə regionda olub və Ermənistanın işğalçılıq siyasətinin nəticələri ilə bağlı kifayət qədər faktlar toplayıb. Amma Ermənistan tərəfi bu faktların heç birinə məhəl qoymadan öz işğalçı siyasətini davam etdirir. Ona görə də, Azərbaycan tərəfi müxtəlif müstəvilərdə öz təbliğat işini aparmaqdadır. Məqsəd isə cinayətkarın cəzalandırılmasına nail olmaqdır. AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin regiona səfəri də münbit şərait yarada bilər. Bu səfər bir daha Azərbaycan tərəfinin məsələ ilə bağlı ciddi cəhdlə fəaliyyət göstərdiyini sübut edir. Rusiyaya münasibətdə analoji addımı atan AŞPA, Ermənistana münasibətdə də eyni addımı atmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB