Səfər proqramının yekunları açıqlandı

Səfər proqramının yekunları açıqlandı

Bir neçə gün öncə Milli Məclisinin deputatları Cavanşir Feyziyev, Asim Mollazadə, Fuad Muradov və Aslan Cəfərov Paraqvay Respublikasında səfərdə olublar. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın Argentinadakı Səfirliyindən məlumat verilib.

Səfər vaxtı ilk olaraq Azərbaycan parlament nümayəndə heyəti Paraqvay Milli Konqresinin yuxarı palatasında Senatın sədrinin əvəzləyicisi qismində sədrin birinci müavini Enrique Bacchetta, Senatın Xarici Əlaqələr və Beynəlxalq Məsələlər daimi komissiyasının sədri Miguel Saguier, habelə Senatda Azərbaycanla parlamentrlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər. Ardınca isə Azərbaycan millət vəkilləri Paraqvay Deputatlar Palatasının sədri Huqo Velazquez və həmin palatanın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Jose Maria İbanez ilə görüşərək nüzakirələr aparıblar. Azərbaycan nümayəndə heyətinin şərəfinə Paraqvay Milli Konqresinin binasında ziyafət verilib.

Görüşlərdə Azərbaycan və Paraqvay parlamentləri arasında əməkdaşlığın iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkşafına verəcəyi töhfə barədə fikir mübadiləsi aparılıb, enerji və kənd təsərrüfatı sektorları prioritet əməkdaşlıq sahələri kimi qiymətləndirilib və müvafiq sahələrdə qanunvericilik üzrə qarşılıqlı təcrübə mübadiləsinin faydadlılığı qeyd olunub. Xüsusilə də, hər iki ölkənin açıq dənizə birbaşa çıxışının olmadığını nəzərə alaraq, Paraqvay tərəfi Azərbaycanın beynəlxalq bazarlara çıxışını təmin edən infrastruktur layihələrini, eyni zamanda neft və qaz sektorunda əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və bu sahələrdə Azərbaycanın təcrübəsinin öyrənilməsinə maraq göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə