Siyasi şərhçi: “Azərbaycan-Türkiyə əməkdaşlığı inkişaf edəcək” AÇIQLAMA
"Ümumiyyətlə Ermənistan bundan öncədə Azərbaycan və Türkiyənin birgə hərbi təlimlər keçirməsindən narahat olmağa başlamışdı. Hazırda isə o, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq planına əsasən "TURAZ Şahin 2015" hərbi təlimlərinin start verilməsinə görə narahatçılığını ifadə edir". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Siyasi şərhçinin sözlərinə görə, sözsüz ki, işğalçının narahat olması üçün kifayət qədər əsas var: "Ermənistan başa düşür ki, Azərbaycan ordusu günü-gündən güclənir və beynəlxalq əməkdaşlığı artır. Azərbaycan artıq özünü heç kimə ehtiyac duymadan silah-sursatla təmin etmək iqtidarındadır. Eyni zamanda Azərbaycan-Türkiyə əməkdaşlığı da regionda sülhün, əmin-amanlığın qorunmasına, təhlükəsizliyin təmin olunmasına yönəlib. Şübhəsiz ki, işğalçı dövlət buna görə hər zaman narahat olacaq. Ermənistan mütəmadi olaraq işğal etdiyi Azərbaycan ərazilərində hərbi təlimlər keçirir. Şübhəsiz ki, bu təlimlər cavabsız qalmır. Bu, Ermənistanın mahiyyətindən irəli gələn bir məsələ, yanaşma kimi qiymətləndirilməlidir. Lakin bütün cəhdlərə və Ermənistanın arzu və istəklərinə rəğmən həm Azərbaycan-Türkiyə əməkdaşlığı inkişaf edəcək, həm də Azərbaycan ordusu daha da güclənərək öz torpaqlarını azad edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB