Əliməmməd Nuriyev: “Qatil Serj Sarkisyan və onun komandasıdır” MÜNASİBƏT

Əliməmməd Nuriyev: “Qatil Serj Sarkisyan və onun komandasıdır” MÜNASİBƏT

"Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həddindən artıq çox böyük işlər görür". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.

Fondunun rəhbərinin sözlərinə görə, qətliamın baş verməsindən (fevralın 25-dən 26-na keçən gecə) bu günə qədər hər il Xocalı soyqırımı ilə bağlı məlumatlar genişlənməkdədir: "Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlər buna bariz sübutdur. Hətta bu faciə haqqında ayrı-ayrı ölkələrin parlamentləri tərəfindən önəmli qərarlar qəbul edilib. Hesab edirəm ki, bu da həmin ölkələrin cəmiyyətinin və dövlət strukturlarının soyqırımı tanıması kimi dəyərləndirilməlidir. Təbii ki, bu ildə ölkəmizdə genişmiqyaslı tədbirlər həyata keçirildi. Hələ də bu tədbirlər davam etməkdədir. Eyni zamanda bu il vacib məslələrdən biri də o oldu ki, Xocalı soyqırımın əsas səbəbkarı, qatili ilə bağlı BMT-yə 100.000 mindən artıq imza təqdim olundu. Həmin qatil isə Ermənistanın indiki prezidenti Serj Sarkisyan və onun komandasıdır. Əlbəttə ki, bu proses davamlı xarakter almalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə