Rasim Musabəyov: “Rusiyanın ABŞ-la “ayaq uzatmağa” gücü yoxdur” AÇIQLAMA
"Ümumiyyətlə "Amnesty İnternational" hüquq müdafiə təşkilatı öz hesabatlarında daha çox məhbuslarla bağlı məsələlərə yer verir". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov "Amnesty İnternational" hüquq müdafiə təşkilatının 2013 və 2014-cü ilin yekunlarına dair hazırladığı növbəti hesabata münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, "Amnesty İnternational" kifayət qədər tanınmış və nüfuzli bir hüquq müdafiə təşkilatıdır: "Bu təşkilat ümumi insan haqlarının pozulması ilə bağlı deyil, daha çox məhbuslarla məşğul olur. Bu təşkilatın daha çox ABŞ-ın maraqlarına xidmət etdiyi söylənsə də amma kifayət qədər sərt, o cümlədən Amerikaya, İngiltərəyə qarşı hesabatlar dərc edirdi. Adətən hər kəs "Amnesty İnternational" təşkilatının hesabatlarına böyük diqqət yetirir".
R.Musabəyov həmçinin Rusiya-ABŞ arasındakı narazılığın bəşəriyyətə təsir imkanlarından da danışıb: "Ümumiyyətlə Rusiya daha super güc deyil. Bu dövlət sadəcə olaraq öz ətrafına hansısa bir müdaxilə etməklə məşğuldur və bununlada öz nüfuzunu genişləndirmək istəyir. Ancaq bu gün Rusiyanın ABŞ-la ayaq uzatmağa gücü yoxdur".
Xatırladaq ki, "Amnesty İnternational" hüquq müdafiə təşkilatının 2013 və 2014-cü ilin yekunlarına dair hazırladığı növbəti hesabatında Ermənistanda insan hüquqlarının pozulması barədə kifayət qədər fikirlər yer alıb. Hesabatda bildirilir ki, il ərzində polis bir neçə dəfə dinc etirazçılara qarşı zor gücü tətbiq edib: "Martın 7-də yüzlərlə insan Maliyyə Nazirliyinin qarşısına onların maraqlarına cavab verməyən pensiya islahatlarına qarşı etiraz səslərini ucaltmaq üçün toplaşmışdı. Polis isə dinc etirazçıları qovmuş, üç nəfəri həbs etmiş, digərlərini isə cərimələmişdi. Sübut olunub ki, onlardan iki nəfəri polisin xüsusi amansızlığı ilə üzləşib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB