Avetisyanların qohumları: “Özümüzü yandıracağıq” TƏLƏB

Avetisyanların qohumları: “Özümüzü yandıracağıq” TƏLƏB

Gümrüdə rusiyalı hərbçi tərəfindən qətlə yetirilən Avetisyanlar ailəsinin yaxınları və qohumları bəyan ediblər ki, onlar cinayət işinin üstüörtülü aparılmasına, sullarının cavabsız qalmasına və qatil Premyakovun Ermənistan tərəfinə verilməməsinə görə ən radikal addımlar atmağa hazırlaşırlar. SİA xəbər verir ki, bu barədə "lragir.am" saytı məlumat yayıb. Onlar bildiriblər ki, yaxın günlərdə bütün Gümrü şəhərini ayağa qaldıraraq, küçələrə çıxacaqlar. Avetisyanlar hətta özlərini yandıraraq, intihar aktına qədər gedəcəklərini də qeyd ediblər.

Sayt eyni zamanda yazır ki, Avetisyanlar öldürülən ailə üzvlərinin bir daha geri qayıtmayacağını anlayırlar: "Lakin hüznü qisas hissi əvəzləyib. Çünki nə erməni, nə də rus tərəfi onların suallarına cavab vermirlər".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə