Aydın Mirzəzadə: “AXCP-də baş verən prosesləri Müsavatda da görürük” AÇIQLAMA

Aydın Mirzəzadə: “AXCP-də baş verən prosesləri Müsavatda da görürük” AÇIQLAMA

"Ümumiyyətlə mən İsa Qəmbər və onun qardaşı Rövşən Qəmbərin bir-birinə qarşı münasibətlərinin necə olduğunu bilmirəm. Bu səbəbdən də Rövşən Qəmbərin Arifi Hacılı ilə bağlı təhqiramiz ifadələr səsləndirməsinin arxasında İsa Qəmbərin dayanması aydın deyil". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, hər iki şəxs Müsavat partiyasına bağlı olanlardır: "Son dövrdə Müsavat partiyası ilə bağlı hadisələr göstərir ki, artıq partiya dağılır. Bu partiyada hakimiyyətə gəlmiş bir fraksiya, digər fraksiyaları sıradan çıxarır. Faktiki olaraq zamanında AXCP-də baş verən prosesləri Müsavatda da görürük. Biz belə ittihamların, təhqirlərin uzun müddət şahidi olacayıq. Şübhəsiz ki, uzun müddət yanaşı gedən və eyni ideyaları təbliğ edən insanların bir-birini açıq şəkildə təhqir etməsi, aşağılaması onların münasibətinin əvvəllərdə də olduğu kimi səmimi olmadığını göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə