Yuval Ştaynits: “İsrail İrana qarşı hərəkətə keçə bilər” HƏDƏ

Yuval Ştaynits: “İsrail İrana qarşı hərəkətə keçə bilər” HƏDƏ

İsrailin kəşfiyyat və strategiya naziri Yuval Ştaynits cümə axşamı verdiyi açıqlamasında deyib ki, onun ölkəsi İrana qarşı birtərəfli qaydada hərəkətə keçə bilər. Belə ki, rəsmi Tehran "altılıq" danışıqlarında heç bir kompromislik siyasəti sərgiləməyib. SİA xəbər verir ki, bu barədə "mignews.com" saytı məlumat yayıb.

"Mən tam olaraq, konkret variantlar barədə danışmayacağam, çünki hələlik müəyyən variantlara baxılır", - deyə qeyd edən nazir eyni zamanda bildirib ki, bəzi diplomatik məhdudiyyətlərin olmasına rəğmən, həmin məhdudiyyətlər İsrailin özünümüdafiə hüququn qarşısını ala bilməz.

Qeyd edək ki, İran "altılıq" ölkələri – Böyük Britaniya, Çin, Fransa, Rusiya, ABŞ, Almaniya ilə nəticəli razılaşma əldə edə bilməyib.

Belə ki, İranın nüvə proqramı üzrə təyin olunmuş yekun qərarın müddəti 31 mart tarixində bitir. Hansı ki, bu tarixə qədər öncələr daha iki dəfə yekun qərar tarixi müəyyən edilsə də, son nəticəyə gəlinə bilinməmişdi.

Ştaynits bununla bağlı: "Əgər razılaşma yoxdursa, yaxud, razılaçma martın sonuna qədər qəbul edilərsə belə, biz İran tərəfindən hər hansı bir irəliləyiş gözləmirik", - deyib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə