“Aykakan jamanak”: “Kostanyanın Çaykaya məktubu xüsusi xidmət orqanları tərəfindən göndərilib”
Ermənistan mətbuatı Gümrüdə bir ailənin 7 üzvünü qətlə yetirmiş rusiyalı əsgər Premyakovun işinin erməni tərəfinə verilməsi ilə bağlı ölkənin baş prokuroru Gevork Kostanyanın Rusiyanın baş prokuroru Yuri Çaykaya yanvarın 17-də göndərdiyi tələbnamə məktubunun nəyə görə cavabsız qalması barədə yazıb. "Aykakan jamanak" qəzetinin yazdığına görə, məktub RF baş prokurorluğuna birbaşa deyil, məhz Ermənistanın xüsusi xidmət orqanları tərəfindən göndərilib.
"Rusiya tərəfinin həmin məktuba cavab verməməsinin səbəbi kimi, onun dolayı yollarla göndərilməsini göstərmək olar", - deyə erməni nəşri yazıb.
Qeyd edək ki, Ermənistan hakimiyyətinin bu məsələdə susqunluq nümayiş etdirməsi ölkə müxalifətinin də etirazlarına səbəb olmaqdadır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB