Tahir Kərimli: “Yazılan ssenarilərə uyğun mövqe nümayiş etdirirlər”

Tahir Kərimli: “Yazılan ssenarilərə uyğun mövqe nümayiş etdirirlər”

"AXCP və Müsavat partiyalarının iqtidarla dialoqa qatılmamaları onlara xaricdən verilən təlimatlar kimi qiymətləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri Tahir Kərimli deyib.

Onun sözlərinə görə, bütün problemlər konstitusiyaya əsaslanaraq, ölkə daxilində həll olunmalıdır: "Ölkə daxilində hər hansısa problemin olduğunu iddia edən şəxslər bu problemlərin həllini ölkədən kənarda axtarırlarsa, həm qanuna zidd hərətək etmiş olurlar, həm də Azərbaycanın imicinə zərbə vururlar. Çox güman ki, iqtidarla dialoqa qatılmamaq ölkədaxili müstəvidən imtina edərək xarici müstəviyə keçid deməkdir. Hər halda faktlar irəli sürülməsə belə, bu versiya hər kəsə inandırıcı görünür. Tam əminliklə demək olar ki, xarici qurumların təhriki ilə, yazılan ssenarilər əsasında bu partiyalar bu cür mövqe nümayiş etdirirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə