Ekspert iqtidar-müxalifət dialoqundan danışdı

"İqtidar-müxalifət dialoqu Azərbaycanın sivil, demokratik, siyasi plüralizmin mövcud olduğu, söz azadlığının ən yüksək səviyyədə təmin edildiyini göstərir. Dünyanın heç bir ölkəsində siyasi partiyalara Azərbaycandakı qədər münbit şərait yaradılmayıb". Bu fikirləri SİA-ya açıqlamasında ekspert Vüqar Əsgərov bildirib.

İqtidar-müxalifət arasında keçirilən dialoqa münasibət bildirən V.Əsgərov qeyd edib ki, bu dialoqda hansı partiyalar iştirak etməyibsə, deməli, həmin siyasi partiyaların məqsədi normal dialoq qurmaq deyil, primitiv metodlarla ölkəmizdə normal müxalifətin formalaşmasına mane olmaqdır: "Bunun nəyi pisdir ki? Baxın, parlamentdə təmsil olunan və olunmayan konstruktiv müxalifət bu dialoqda iştirak edir, müzakirəsi zəruri olan məsələlər ətrafında fikir mübadiləsi aparılır, bu sahədə mövcud poblemlərin həlli yolları axtarılır. Əslində bütün siyasi qurumlar bunda maraqlı olmalıdırlar. Marağı olmayan təşkilatların isə əsl məqsədləri şübhə doğurur və onların fəaliyyəti haqlı olaraq cəmiyyət tərəfindən tənqid edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə