Ermənistan MN: “Mövqelərimizi itiririk” TƏLAŞ

Ermənistan MN: “Mövqelərimizi itiririk” TƏLAŞ

"DQR"-in "Müdafiə Nazirliyi"nin bildirdiyinə görə, cəbhənin təmas xəttində aramlı şəkildə müharibə gedir. SİA "armtodey"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib.

Onun sözlərinə görə, yanvarın əvvəllərindən başlayaraq, cəbhənin təmas xəttində onların mövqeləri zəifləyib: "Əgər qarşı tərəfin addımlarının qarşısı alınmasa, erməni tərəfinin itkiləri davam edəcək və biz mövqelərimizi itirməkdə davam edəcəyik".

Xatırladaq ki, son günlər Ermənistanın və "DQR"in silahlı birləşmələri cəbhənin təmas xəttində təxribat hadisələri törətmək istəyərkən, xeyli sayda itgi verərək geri çəkilməyə məcbur olub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə