Mais Səfərli: “Müsavatın taleyi ipdən asılıdır”

"Qubad İbadoğlunun Müsavatda tərəfdarları çoxdur. Buna görə də, onun partiya rəhbərliyindən uzaqlaşdırma məsələsində hazırki Müsavat rəhbərliyi ehtiyat edir". Bu sözləri SİA-ya açıqlamasında Yurddaş partiyasının sədri Mais Səfərli bildirib.

Onun sözlərinə görə, Qubad İbadoğlu Müsavatın qurultayında demək olar ki, Arif Hacılı ilə bərabər sayda səs almışdı: "Onun özü də bildirib ki, qurultayda səslər düzgün hesablanmayıb. Əgər səsvermə düzgün keçirilsəydi, hazırda o başqan idi. Bu onu göstərir ki, Qubad İbadoğlunun Müsavatda tərəfdarları çoxdur və buna görə də, onun partiya rəhbərliyindən uzaqlaşdırma məsələsindən hazırki Müsavat rəhbərliyi ehtiyat edir. Əgər bu baş versə, Qubad İbadoğluya səs verən insanlar yəqin ki, buna biganə qalmayacaqlar. Bu isə Müsavat partiyasının sonu ola bilər. Onsuzda indiki şəraitdə Müsavat partiyasında ciddi proseslər gedir. Bildiyimiz kimi, çox tanınmış insanlar, Müsavatın qurucuları partiyanı tərk edirlər. Bu gün Müsavatın taleyi sanki ipdən asılıdır. Hazırki şəraitdə Qubad İbadoğlunun partiyadan uzaqlaşdırılmamasının əsas səbəbi də, məhz onu dəstəkləyənlərin sayının çox olması ilə əlaqədardır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...