"Azərbaycan Rusiya ilə münasibətləri yüksək qiymətləndirir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
PA rəsmisinin sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri hərtərəflidir və liderlər İlham Əliyev və Vladimir Putinin münasibətlərinə əsaslanıb: "Rusiya Federasiyası bizim strateji tərəfdaşımızdır və biz bu münasibətləri yüksək qiymətləndiririk".
Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrlə əməkdaşlığı genişləndirməsi haqqında məsələni şərh edən N.Məmmədov xatırladıb ki, Azərbaycan rəhbərinin mövqeyini Qazaxıstan prezidenti səsləndirib: "Bu mövqe ondan ibarətdir ki, İrəvan istənilən birliyə daxil ola bilər, lakin bu, müstəsna olaraq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan sərhədlər çərçivəsində olmalıdır".
O, vurğulayıb ki, Bakı bütün inteqrasiya layihələrinə iqtisadi və siyasi məqsədəuyğunluq mövqeyindən yanaşır. "Hazırda ikitərəfli əməkdaşlıq formatı həm bizi, həm də bizim tərəfdaşlarımızı qane edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB