Deputat tələblərinə Milli Məclisdə dərs keçdi FOTO

Deputat tələblərinə Milli Məclisdə dərs keçdi FOTO

Ümumrespublika Gənclər Günü münasibəti ilə Milli Məclisin deputatı Fuad Muradov dərs dediyi "ADA" Universitetinin bir qrup tələbəsini parlamentin iş fəaliyyəti ilə tanış edib. SİA-nın xəbərinə görə, Milli Məclisin əsas binasında olan gələcək diplomatlar iclas zalı, konfrans və deputat otağı ilə tanış olublar. F. Muradov qanun verici orqanın fəaliyyət prinsipləri barədə danışaraq qeyd edib ki, Milli Məclis ölkədə qanunların qəbul olunması üçün çevik iş təcrübəsinə malikdir. Daha sonra deputat tələbələrin suallarını cavablandırıb. Onlar bu görüşün onlarda çox böyük təəssürat yaratdığını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə