Sərdar Cəlaloğlu: “Bu ideyanı artıq silmişəm”
ADP-Müsavat birliyi BAŞ TUTMADI

"Müsavat Partiyası parlament seçkilərinə tək gedəcəklərinə dair qərar verdikdən sonra bizim onlarla blok şəklində seçkiyə qatılmağımız təəssüf ki, gündəlikdən götürülməlidir". Bu fikirləri SİA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu parlament seçkiləri öncəsi onun partiyasının Müsavatla əməkdaşlıq barədə təklifinə qarşı tərəfin müsbət fikir bildirməməsi məsələsinə aydınlıq gətirərkən deyib. "Aydındır ki, əks tərəf qərarında qətidirsə, biz onlarla birlikdə seçkiyə qatıla bilmərik"-deyə qeyd edən ADP sədri artıq bu ideyadanın aradan qalxdığını deyib: "Bu ideyanı artıq silmişəm. Biz onlara təklif irəli sürmüşüksə, bu o demək deyil ki, Müsavata etimad etdiyimiz üçün bu addımı atmışıq. Bunun səbəbi yalnız siyasi müstəvidə maraqların uzlaşdırılmasıdır. Bu onu göstərir ki, "İnsan Haqları Mərkəzi"ndə Müsavat Partiyası bizimlə maraqlarını uzlaşdıra bilir, seçki müstəvisində isə yox. Ona görə də düşünürəm ki, onlar öz maraqlarını təklikdə seçkiyə qatılmaqda görürlər".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə