Baş redaktor: “Azərbaycandakı media azadlığının indiki vəziyyətini...”
"Azərbaycanda medianın azadlığı, cəmiyyətin müxtəlif sahələrinə nüfuz etməsi, həm dövlət siyasətini, həm ictimai problemləri qabartması, təhlil etməsi, rəy yaratması, bu məsələlər özünü o qədər aydın göstərir ki, buna şübhə ilə yanaşmaq düzgün deyil". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
A. Quliyev deyib: "Bu gün Azərbaycan mediası ilə bağlı şübhəli yanaşmalar daha çox bəlli məqsədlərin fəaliyyətində özünü göstərir. Amma dünya miqyasında qərəzsiz beynəlxalq təşkilatlarının yanaşmalarında Azərbaycandakı media azadlığı normal qiymətləndirilir. Əks mövqedə dayananlar isə Azərbaycanın bugünki inkişafına qısqanc yanaşma ilə bağlıdır. Azərbaycandakı media azadlığının indiki vəziyyətini daha zövqlü inkişaf üçün yetərli baza kimi dəyərləndirmək mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB