"Daşnaksyütun Erməni İnqilabi Federasiyası Partiyası"nın qondarma "Dağlıq Qarabağ Respublikası"ndakı strukturunun 9 nəfər üzvü partiya sıralarından istefa verdiklərini bəyan ediblər. Onlar partiyanın bürosuna keçirilmiş seçkilərin nəticələri ilə razı olmadıqlarını bəyan ediblər.
"Biz yeni büronun tərkibini öyrəndikdən sonra təəssüf hissi keçiririk və Spitakdakı strukturun gətirdikləri arqumentlərlə razılaşaraq, partiya sıralarından istefa veririk"-deyə, onlar bildiriblər.
Qeyd edək ki, Daşnaksyütunun yeni bürosuna Qrant Markaryanın seçilməsi digər daşnakların ciddi narazılıqlarına səbəb olub. Onlar hesab edirlər ki, bu şəxsin seçilməsi təşkilatın ideologiyasına zərbə vuracaq.
Xatırladaq ki, daha öncə Daşnaksyütunun Spitak qanadının 24 nəfər üzvü partiya sıralarından məhz bu səbəbə görə çıxdıqlarını bəyan ediblər. Onlar yeni seçilmiş büronun Sarkisyan rejiminə satıldığını iddia edərək, partiya rəhbərliyini xəyanətdə suçlayırlar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB