"Azərbaycanda keçirilən bütün seçkilərdə müxalifətin yalançılığı, xalqı aldatması onların sosial bazalarının əllərindən çıxmasına səbəb olub. Belə olan təqdirdə onlar xaricdən havadar axtarmağa başladılar". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Onun sözlərinə görə, müxalifətin xaricdən havadar axtarması isə xarici qüvvələrin Azərbaycanda dayaqlar yaratmağa çalışması üçün şərait yaratdı: "Xaricdə siyasi partiyaların maliyyələşməsi qanunla qadağan olunduğundan Azərbaycan müxalifəti qeyri-hökumət təşkilatları yaratdılar. Beləliklə də bu vasitə ilə xaricdən maliyyələşməyə başladılar. Amma, son illər bunun qarşı alınır. Yəni, qeyri-hökumət təşkilatlarının maliyyələşməsində bir intizam yaradıldı. Belə olan təqdirdə isə müxalifətin bu vasitə ilə əldə etdiyi maliyyə kəsilməyə başladı".
T. Kərimli deyib ki, xalqın dəstəyindən məhrum müxalifət, maliyyəsinin də kəsilməsindən sonra bir sıra diskusiya klubları yaratmağa başladılar: "Bütün bunlar da göründüyü kimi kifayət etmir. Günü-gündən xalqın gözündə daha da düşürlər, bir-birini didirlər. Ona görə də xarici ağaları da bunlardan narazıdır. Çünki, heç bir iş görə bilmirlər. Belə olan təqdirdə isə onlar Azərbaycanın mənafeyini xaricə satmaq, ümumən hər yola gedirlər. Bu gün radikal müxalifət üçün əhəmiyyət kəsb etmir ki, onların fəaliyyətindən düşmən faydalana bilər. Hesab edirəm ki, müxalifətlə iqtidar arasında hər hansı bir ziddiyyət olsa belə xaricə şikayət etməməlidir. Dünyanın heç bir yerində müxalifət ümummilli məsələlərdə qırmızı xətti keçmir. Təəssüf ki, Azərbaycan müxalifəti bu qırmızı xətti keçib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB