"ATƏT-in Minsk qrupunun həmsədrlərinin Krakov keçiriləcək görüşü son dövrlər cəbhə xəttindəki gərginliyin aradan qaldırılmasına hesablanıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib.
E. Nəsirovun sözlərinə görə, bu təmaslarda prezidentlər səviyyəsində görüşlərin keçirilməsi ideyası yoxdur: "Son dövrlər cəbhə xəttində vəziyyət olduqca gərginləşib. ATƏT-in Minsk qrupunun həmsədrləri köhnə ampulasındadır. Yəni, onlar münaqişənin həlli ilə məşğul deyillər. Onlar sadəcə münaqişənin müharibəyə çevrilməsinin qarşısını almaqla məşğuldurlar. Özləri də bunu etiraf edirlər. Belə görüşləri də ona görə keçirirlər ki, istənilən vaxt hadisələrin nəzarətdən çıxmasının qarşısını alsınlar ki, müharibə baş verməsin".
"Əlimizdə olan məlumata görə ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız bu ilin sentyabr ayında BMT Baş Məclisinin növbəti sessiyasında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək istəyirlər. Yəni, ona qədər hər hansı bir yüksək səviyyəli görüşün keçirilməsi barədə məlumat yoxdur. Ona görə də hesab edirəm ki, həmsədrlərin belə təmaslarının əsas mahiyyəti atəşkəs rejiminin qorunub saxlanılması mənafeyinə xidmət göstərir. Yəni, bu görüş Yenilənmiş Madrid Prinsiplərində əksini tapan məqamların həllinə yönəlməyib. Eyni zamanda Böyük Sülh Sazişinin hazırlanması məsələsinə həsr edilən görüşə oxşamır"- deyə, politoloq qeyd edib.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andryu ilə görüşündə həmsədrlərin yanvarın 27-də Krakov şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB