Elçin Mirzəbəyli: “Dağlıq Qarabağın itirilməsində ABŞ və Fransanın böyük rolu olub” MÜNASİBƏT

Elçin Mirzəbəyli: “Dağlıq Qarabağın itirilməsində ABŞ və Fransanın böyük rolu olub” MÜNASİBƏT

"Dağlıq Qarabağın Azərbaycandan qopardılması istiqamətində hazırda dünyada aparıcı dövlətlərdən olan ABŞ və Fransanın böyük rolu olub". Bu sözləri SİA-ya açıqlamasında, 1990-cı il 18 mart tarixində ABŞ Konqresinin bir qrup senatorunun Bakıdakı erməni əhalisinin vəziyyətindən narahat olaraq həmin dövr SSRİ prezidenti Mixail Qorbaçova ünvanladıqları müraciətə münasibət bildirən politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycandan qopardılmasında böyük rola malik olan həmin dövlətlərin hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri olması bu məsələdə ədalətli qərarların qəbul edilə bilməməsində başlıca rola malikdir: " Şübhəsiz ki, Rusiya da bu prossesin aktiv iştirakçısı olub. Həmin dövrdə Mixail Qorbaçov qərbdən gələn sifarişlər əsasında hərəkət edirdi. Buna görə də belə bir müraciətin ortaya çıxması heç də təsadüfi deyil. Əslində bu bir daha ABŞ-nın və onun bu günkü siyasətinin mahiyyətini ortaya qoyur. Həmin dövlətlər heç zaman ədalətin, haqqın tərəfində olmayıblar hətta Mixail Qorbaçovun qanlı cinayətlərini dəstəkləyərək ona nobel mükafatının verilməsinə də layiq olublar. Bu mənzərə Azərbaycana xalqına yaxşı məlumdur. Hesab edirəm ki, zaman bu qanlı cinayətlərin üzərinin açılmasına və günahkarların cəzalandırılmasına imkan yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə