Cəbhədə atışmaların sayı artıb Atəşkəs 75 dəfə pozulub

Cəbhədə atışmaların sayı artıb Atəşkəs 75 dəfə pozulub

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 75 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Ermənistan Respublikasının İcevan rayonunun Paravakar Berkaber, Vazaşen, Azatamut, Noyemberyan rayonunun Dovex, Barekamavan, Şavarşavan, Voskevan, Voskepar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Cəfərli, Kəmərli, Fərəhli, Quşçuayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Şıxlar, Şuraabad, Mərzili, Cəvahirli, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə