Ordumuz sutka ərzində heç bir itki verməyib RƏSMİ

Ordumuz sutka ərzində heç bir itki verməyib RƏSMİ

Müdafiə Nazirliyi Ermənistanın Müdafiə Nazirliyinin yanvarın 11-də dövlət sərhəddi və yanvarın 12-də cəbhəboyu zonadakı vəziyyət barədə verdiyi açıqlamara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Ermənistanın Müdafiə Nazirliyinin yanvarın 11-də dövlət sərhəddi və yanvarın 12-də cəbhəboyu zonadakı vəziyyət barədə yaydığı xəbərlər növbəti dəfə biri-birindən absurd, heç bir normal düşüncə tərzinə sığmayan, tam erməni xislətinə və məntiqinə uyğun dezinformasiya xarakterli xəbərlərdir. Acı gülüş və təəccüb hissi doğuran bu cür məlumatların adət halını alması Ermənistanın öz uğursuzluğunu qarşı tərəfdə axtarması cəhdindən başqa bir şey deyildir.

Düşmən öz xalqına yalanı sırımaqla yanaşı, artıq dünya ictimaiyyətini də yanlış və saxta xəbərlərlə çaşdırmağa çalışır. Ermənistanın Müdafiə Nazirliyi hansısa diversantlarla virtual döyüş aparır, guya beynəlxalq humanitar hüquqa riayət etmək şərtilə "neytral zonada" qalan "cəsədin" götürülməsinə şərait yaradır, hətta məcburən səngərlərə gətirib yerləşdirdikləri ahıl erməni çobanın da ölümünü Azərbaycan tərəfinin üstünə yıxmağa cəhd göstərir.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri əməliyyat şəraitinə tam nəzarət edir və müdafiənin ön xəttində yerləşən bölmələrimiz sutka ərzində heç bir itki verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə