Ekspert: “Xristian-müsəlman qarşıdurması dünyanın sonu ola bilər” AÇIQLAMA

Ekspert: “Xristian-müsəlman qarşıdurması dünyanın sonu ola bilər” AÇIQLAMA

"Fransada baş vermiş məlum hadisələr daha çox xristian dünyasında hegemonluq, o cümlədən yuxarıdan aşağı baxmaq, müsəlmanları təhqir etmək və onlara hansısa həqarətlər etmək nəticəsində ortaya çıxıb". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov Fransada baş vermiş terror aktının xristian-müsəlman qarşıdurmasında yeni mərhələyə gətirib çıxara bilərmi fikrinə münasibət bildirərkən deyib.

Üzeyir Cəfərovun sözlərinə görə, hamı gözəl bilir ki, dini inanclar var: "Məhəmməd Peyğəmbər (s.ə.s ) də müsəlman dünyası üçün müqəddəs şəxslərdən biri olub.Bu gün də insanlar bu şəxsə itaət edirlər və onunla bağlı müəyyən dini ayinləri həyata keçirirlər. Bütün bunları bildikləri halda niyə həmin insanlar, eləcə də jurnalistlər özbaşınalığa yol verirlər və nəticədə də bu problemlər orataya çıxır. Bəyəm, onlar üçün mövzu yox idi? Burada müqəddəs deyilən bir anlayış var. O müqəddəsliyə toxunmaz olmaz axı? Yəni, burada millətin, xalqın və dinin müqəddəs saydığı şəxslər və şəxsiyyətlər var. Onlar bütün bunları bildikləri halda həmin problemi yaradırlar və sonrada aləm bir-birinə dəyir. Əgər sabah xristian-müsəlman qarşıdurması başlasa, bu, dünyanın sonuna gətirib çıxara bilər. Beləcə, bütün ölkələr odun-alovun içinə qərq olacaq. Bu gün Avropanın mərkəzində Fransa kimi bir ölkə görün nə vəziyyətə düşdü".

Bütün xəbərlər Facebook səhifəmizdə