YAP rəsmisi: “AXCP və Müsavat onun-bunun əlində oyuncağa çevrilib” AÇIQLAMA
"AXCP və Müsavatdakılar ermənilərdən də betər formada Azərbaycan millətinə, xalqına düşmən kəsilən ünsürlərdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov AXCP və Müsavat Partiyalarının bu il ölkəmizdə keçiriləcək birinci Avropa Olimpiya Oyunlarını boykot etməsi ilə bağlı çaırışlarına münasibət bildirərkən deyib.
YAP Siyasi Şurası üzvünün sözlərinə görə, qəribədir ki, ermənilər bu il Azərbaycanda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarında iştirakını qərarlaşdırıblar: "Onda belə çıxır ki, AXCP və Müsavat da ermənilərdən ən betər formada Azərbaycan millətinə, xalqına düşmən kəsilən ünsürlərdir. Zaman-zaman radikal müxalifət Azərbaycanın müstəqilliyini, suverenliyini və qüdrətli dövlət olmasını istəməyən qurumların, mərkəzlərin bir əlaltısı olub. Təbii ki, bu getdikcə özünü daha çox büruzə verir. Azərbaycan cəmiyyətində onların yeri, sosial dayağı olmadıqca və onlar ölkə cəmiyyəti tərəfindən nifrətlə qarşılandıqca həmin qüvvələr kənardakı həmkarlarına daha çox üz tuturlar. Beləcə, hesab edirəm ki, bunun başqa bir mahiyyəti yoxdur. Onlar sadəcə olaraq Azərbaycanı istəməyən qüvvələrin əlində bir oyuncaqdırlar. Bu insanlar nə qədər ki, ölkəmizdəki dayaqlarını itirirlər, eləcə də bir o qədər xaricdəki mərkəzlərin ruporuna çevrilirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB