Mais Səfərli: “Bu, birbaşa erməni dəyirmanına su tökməkdir” MÜNASİBƏT

Mais Səfərli: “Bu, birbaşa erməni dəyirmanına su tökməkdir” MÜNASİBƏT

"Heç kimə sirr deyil ki, Qərbdə və ABŞ-da Azərbaycan dövlətinə paxıllıq edən böyük siyasi dairələr var". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli AXCP və Müsavat Partiyasının bu il Bakıda keçiriləcək birinci Avropa Oyunlarını boykot edəcəyinə dair söylənən fikirlərə münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, onlar Azərbaycan Prezidenti İlham Əliyevin belə müstəqil bir siyasət aparmasından və ölkəmizin davamlı inkişafından narahatçılıq keçirirlər. Təbii ki, həmin dairələrin də çoxu erməni diasporuna bağlıdırlar və onların maraqlarını yerinə yetirirlər. Məsələn, bir sıra beynəlxalq təşkilatlar var ki, "Freedom House" və s. çalışırlar ki, Azərbaycanın bu inkişafına əngəlləsinlər və buna qarşı çıxsınlar. Onların əsas məqsədi Azərbaycanı Qərbin maraqlarını yerinə yetirən bir dövlətə çevirməkdir.

Bu gün dövlətimizin və xalqımızın milli maraqları nəyi diqtə edirsə, cənab Prezident İlham Əliyev də o xətti həyata keçirir. Azərbaycan nüfuzlu bir dövlət olduğuna və inkişaf etdiyinə görə birinci Avropa Oyunlarının da Bakıda keçirilməsi qərarlaşdırılıb. Təbii ki, bundan qısqanclıq duyan qüvvələr də çalışırlar ki, həmin tədbirin ölkəmizdə keçirilməsinin qarşısını alsınlar. Heç kimə sirr deyil ki, onlar Azərbaycanda olan əlaltılarından, yəni müxalifətdən istifadə etməyə çalışırlar. Hesab edirəm ki, bu, birbaşa erməni dəyirmanına su tökmək deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə