"Milli-mənəvi dəyərlərimiz və müasirlik" mövzusunda konfrans keçirilir YENİLƏNƏCƏK-FOTO
Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimiz və müasirlik" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, konfransda DQİDK-nın sədri Mübariz Qurbanlı, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov, dəmiryol idarəsinin əməkdaşları və media nümayəndələri iştirak edib.
Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov çıxış edərək deyib ki, bu il ərzində dəmiryol nəqliyyatında mühüm irəliləyişlər əldə olunub.
DQİDK-nın sədri Mübariz Qurbanlı diqqətə çatdırıb ki, bu kimi görüşlər ayrı-ayrı idarələrdə, ali təhsil ocaqlarında və s. mütəmadi olaraq davam etdirilir: "Müasir müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi də məhz Ümummilli Liderimizdir. Heydər Əliyev siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB