Çingiz Qənizadə: "Xalqımız dövlət başçısının siyasətini alqışlayır" MÖVQE
"Əvvəla qeyd etmək istərdim ki, hələ 2011-ci il dekabrın 27-də Prezident İlham Əliyev cənabları "Ölkədə İnsan Hüquqları və Azadlıqlarının təminatı haqqında" Dövlət Proqramı imzaladı və bu Proqrama uyğun olaraq, növbəti illərdə də bu sahədə uğurlu işlər aparıldı". Bu fikirləri SİA-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Prezident İlham Əliyevin insan hüquqları istiqamətində apardığı məqsədyönlü siyasəti barədə fikirlərini şərh edərkən vurğulayıb. Millət vəkili bildirib ki, bütün bunlar bir daha onu göstərir ki, cənab Prezident insan azadlıqları və hüquqlarının qorunmasında maraqlıdır, eyni zamanda bu amilin inkişafında, qanunvericiliyin gücləndirilməsində fəaliyyətini davam etdirməkdədir: "Həmçnin, bu faktor cənab İlham Əliyevin siyasi mövqeyidir.
Ümumiyyətlə, digər tərəfdən hər kəsə bəllidir ki, biz ölkə olaraq bir çox konvensiyalara qoşulmuşuq. Xüsusilə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövrdə bu istiqamətdə kifayət qədər əhəmiyyətli işlər aparılıb. Artıq biz müəyyən konvensiyalara qoşularaq, bir çox öhdəlikləri öz üzərimizə götürmüşük və bu öhdəliklərimizin hər birinə sadiqik. Amma zaman-zaman baxırıq ki, Azərbaycanda görülən bir sıra uğurlu işlər bəzi dövlətlərin, bəzi təşkilatların qərəzi ilə nəticələnir. Onlar ölkəmizə qarşı qarayaxma kampaniyaları aparmaqla müəyyən təzyiqlər göstərməyə cəhd edirlər. Bütün bunlardan isə müxtəlif qüvvələr, radikalizmə meylli olan müxalifət təşkilatları, "beşinci kolon" adlanan tərəflər faydalanmağa çalışırlar. Yəni ölkədə yürüdülən uğurlu siyasətə qarşı əks-təbilğat kampaniyaları qurmağa çalışırlar. Bununla da ictimaiyyətdə çaşqınlıq yaratmağa səy göstərirlər".
Çingiz Qənizadə qaranlıq qüvvələrin istəklərinə rəğmən, xalqın həmin qüvvələri ciddiyə almadığını vurğulayıb və qeyd edib ki, xalq öz dövlət başçısının ətrafında sıx olaraq biləşib: "Lakin biz sözün əsl mənasında bu cür yanaşmanın, bu cür davranışın qərəzli olduğunu bilirik və ölkənin böyük ictimaiyyəti cənab Prezidentimizin bu siyasi mövqeyini alqışlayır və Azərbaycanda insan azadlıqları və hüquqlarının təminatında gedən uğurlu prosesləri dəstəkləyir.
Mən daha bir əhəmiyyətli məqama toxunaraq bildirmək istərdim ki, cənab İlham Əliyevin insan azadlıqları və hüquqları sahəsində xüsusi yanaşmaları ilə xalqın rəğbətini qazanıb: "Onun hümanistliyi buna sübutdur. Bir sıra ictimai siyasi təşkilatların yürütdükləri yanlış siyasətləri nəticəsində həbs olunmuş nümayəndələri də məhz İlham Əliyevin verdiyi əfv fərmanları vasitəsilə azdlığa çıxırlar. Bu bir hümanizm təzahürüdür. Yəni insan azadlıqları və hüquqları amilinin arxasında humanizm prinsipi dayanır və cənab Prezidentin ildə bir neçə dəfə bu kimi insanları əfv etməyi Onun qəlbinin kövrəkliyindən, Onun sonsuz humanistliyindən, Onun ədalətliyindən, o cümlədən insan hüquqları və azadlıqlarına olan sevgi və münasibətindən irəli gəlir. Belə hesab edirəm ki, bu mövqe çox uğurlu mövqedir və ölkə ictimaiyyətimizin, xalqımızın böyük əksəriyyəti bu siyasəti dəstəkləyir, bundan sonra da dəstəkləyəcək".
Mən də fürsətdən istifadə edərək, cənab Prezidentimiz İlham Əliyevə tutduğu bu uğurlu mövqeyinə görə təşəkkürlərimi bildirir, fəaliyyətində daha davamlı nailiyyətlər arzu edirəm".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB