Qobustan Bələdiyyəsinə namizədlərlə seçicilərləin görüşü keçirilib FOTOLAR

Qobustan Bələdiyyəsinə namizədlərlə seçicilərləin görüşü keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Qobustan Bələdiyyəsinə namizədlərlə və seçicilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov tədbiri açıq elan edərək partiya tərəfindən Qobustan qəsəbə bələdiyyəsinə namizədliyi irəli sürülmüş üzvlərin seçkilərə hazırlığı, namizədlərin təbliğat-təşviqat prosesində iştirakı barədə seçicilərə məlumat verib.

A.Hüseynov həmçinin bələdiyyə seçkiləri ilə bağlı rayon təşkilatının gördüyü işlərdən də danışıb.

Müzakirələrdə belə bir əminlik ifadə olunub ki, YAP tərəfindən irəli sürülən namizədlər qarşıdan gələn bələdiyyə seçkilərində seçicilərin yüksək etimadını qazanacaq və növbəti mərhələdə də partiyamzı təmsil edən nümayəndələr regionlarda fəaliyyət göstərən bələdiyyələrin işində, yerli məsələlərin həllində yaxından iştirak edəcəklər.

Qəsəbə sakinlərindən Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyevin atası Əliyusif Əliyev, Şükran Nəcəfov, Allahverdi Məmmədov, Mahmud Zərbəliyev, Qurban Ağayev, Nailə Eyvazova, həmçinin Qobustan Bələdiyyəsinə namizədlər - Gülnarə Nürəddinova, Gülarə Bayramova çıxış edərək seçkilərə ciddi hazırlaşdıqlarını, gələcəkdə rifah halımızın bir az da yaxşılaşması üçün YAP-ın namizədinə səs verəcəklərini, Azərbaycan dövlətçiliyinin qarantı olan Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcəklərini əminliklə bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə