Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov Belçikanın Lyej (Liege) şəhərinə səfər edib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, F.İsgəndərov səfəri zamanı eyni adlı əyalətin qubernatoru Mişel Fore və Əyalət Şurasının sədri Klod Klenkenberq ilə görüşüb.
Görüş zamanı Belçikanın Lyej əyalətinin Azərbaycanın bir sıra regionları ilə əlaqələrinin yaradılması perspektivləri müzakirə edilib, iki tərəf arasında iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın böyük potensiala malik olduğu vurğulanıb.
Görüşlərdə səfir Fuad İsgəndərov son illərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, əldə olunan uğurlar və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən regional layihələrlə bağlı həmsöhbətlərinə ətraflı məlumat verib.
Səfər çərçivəsində həmçinin Lyej əyalətində fəaliyyət göstərən bir neçə aparıcı şirkətin təqdimatı keçirilib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB