Məlahət İbrahimqızı: “Hüseyn Abdullayev cəfəng sözləri ilə özünü qaranlığa qərq edir”

Məlahət İbrahimqızı: “Hüseyn Abdullayev cəfəng sözləri ilə özünü qaranlığa qərq edir”

"Hüseyn Abdullayevin danışdıqları başdan ayağa cəfəngiyyatdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ictimai-siyasi həyatında heç bir çəkiyə sahib olmayan birinin fikirlərinə əhəmiyyət vermək lazım deyil: "Hüseyn Abdullayev ağlına gələn hər şeyi danışdıqca düşünür ki, bu sözlərə kimlərsə tərəfindən reaksiya veriləcək. Azərbaycan üçün önəmsiz olan bir insanın sözlərinə fikir vermək lazım deyil. Əks təqdirdə, o özünü böyük şəxsiyyət hesab edir. Ümumiyyətlə parlamentə gələnədək mən elə bir insanın varlığından da xəbərsiz idim. Heç bir sosial bazası və çəkisi olmayan Hüseyn Abdullayevin fikirləri sabun köpüyünə bənzəyir. Almaniyada hansısa dairələrin təhriki, öyrətməsi ilə antiazərbaycan təbliğatı aparan satqın birisinin əməllərinə baş qoşmaq lazım deyil. Həqiqət idrakı aydınlığa çıxarır, cəfəngiyyat idrakı qaranlıqda saxlayır. Hüseyn Abdullayev bu cəfəng sözləri ilə özünü qaranlıqlara qərq edir".

Eltun

Bütün xəbərlər Facebook səhifəmizdə