Ulu Öndərin bünövrəsini qoyduğu siyasət sarsılmazdır

Ulu Öndərin bünövrəsini qoyduğu siyasət sarsılmazdır

Bu gün Azərbaycan Tibb Universitetində Ümummilli Lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə universitetin rektoru, millət vəkili Əhliman Əmiraslanov, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili, Məlahət İbrahimqızı, universitetin müəllim və tələbə heyəti, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.

Anım mərasimini giriş sözü ilə açan Universitetin rektoru Əhliman Əmiraslanov müasir Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, ölkənin uğurlu iqtisadi inkişafındakı fəaliyyətindən danışıb. O nitqində söyləyib ki, Heydər Əliyev Sovet dönəmində rəhbər vəzifədə olarkən də həmişə xalqının rifahı, ölkənin inkişafı naminə çalışmış, bu istiqamətdə əlindən gələni əsirgəməmişdir: "SSRİ-də keçirilən qurultaylarda, görüşlərdə Ulu Öndər həmişə çıxışlarında Azərbaycanın müstəqillik arzularını dilə gətirb. Xalqın əsarətdən xilas olması yolunda ciddi addımlar atıb. O bütün həyatını ölkəsinə həsr etmişdi. Onun uzaq görən siyasəti nəticəsində bu gün Azərbaycanın adı dünyanın inkişaf etmiş ölkələri sırasında hallanır. Qabaqcıl ölkələrlə istər siyasi, istər iqtisadi sahələrdə möhkəm dostluqlara əsaslanan əməkdaşlıqlar qurulur. Ölkəmizin daim inkişafda olması, dövlətlər arasında öz layiqli yerini tutması dahi şəxsiyyət Heydər Əliyevin bünövrəsini qoyduğu və onun layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir".

Millət vəkili Məlahət İbrahimqızı çıxışında Ümummilli Liderin ordu quruculuğunda gördüyü əvəzsiz işlərdən bəhs edib. O vurğulayıb ki, məhz Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə stabillik, əminamanlıq bərqərar olub: "Azərbaycanın müstəqillik qazanmasında, mövcud şəraitdə xalqımızın sülh şəraitində yaşamasında əvəzolunmaz fenomen olan Heydər Əliyevin fəaliyyəti danılmazdır. O, ölkənin daimi təhlükəsizliyini təmin etmək üçün ordu quruculuğuna xüsusi önəm verirdi. Xalqımıza qarşı törədilən amansız qırğınların qarşısını almaq üçün bizə milli əsgər və zabit heyəti lazim idi. Elə bu səbəbdən Heydər Əliyev Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasını reallaşdırdı. O, Azərbaycanın müstəqillik qazanacağına inanırdı. 1993-cü ildə ordu quruculuğunda həmin məktəbin zabitlərinin xidmətindən istifadə etdi. Beləliklə, müstəqil Azərbaycanın əsasını qoydu. Atəşkəs rejiminin yaranmasına nail oldu. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə ölkəmizin iqtisadi imkanlarını daha da genişləndirdi. Bəzi ikili siyasət yürüdən beynəlxalq təşkilatlar hər cəhdlə Azərbaycanın inkişafının qarşısını almağa çalışır. Lakin bir məsələni dərk etməlidirlər ki, bünövrəsini Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasət, inkişafımızın tutduğu inkişaf yolu sarsılmazdır".

Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru İbrahim İsayev Ümummilli Lideri anaraq bu gün məhz onun cəhdləri sayəsində Azərbaycan dilinin dövlət dili elan olunmasına, yazışmaların, danışıqların öz dilimizdə aparılmasına nail oduğumuzu qeyd edib: "Xalqın milli qururuna çevrilmiş bir şəxsiyyət haqqında danışmaq bir qədər çətindir. Çünki onun görüdüyü işlər, xalqı uğrunda verdiyi qurbanlar, ölkəsinin inkişafı üçün atdığı addımlar o qədərdir ki, sözlə ifadə etmək belə olmur. Xaricilər onu həmişə Atatürk, Avraam Linkoln, Şarl de Qoll, Teodor Ruzvelt kimi rəhbərlərlə müqayisə edirlər. Amma onlar bir məqamı unudurlar ki, sadaladıqları şəxslər hamsı ölkəsini bir dəfə, Heydər Əliyev isə xaıqını iki dəfə xilas edib. 70-ci illərdə sosialist qüvvələr xalqı aldadanda Ulu Öndər hakimiyyətə gələrək çətinliklə də olsa ölkəsinə, qalqına qarşı edilən haqsızlıqların qarşısını aldı. Sosial, elmi, mədəni inkişafa nail oldu. Bu dövrlərdə dilimizin istifadə edilməsinə qadağa qoyulmuşdu. Bütün dövlət sənədləri, yazışmlar rus dilində yazılırdı. Heydər Əliyev isə milli şüuru formalaşdırmaqla dilimin inkişafına təkan verdi, onun işlənməsini təmin etdi. Yeni ali məktəblər yaratdı. Milli kadrlar yetişdirmək üçün azərbaycanlı tələbələri xarici ölkələrin ali məktəblərinə göndərirdi və daim onlarla maraqlanırdı. 1993-cü ildə yenidən hakimiyyətə gələn Ümummilli Lider Azərbaycan elminin daha da inkişaf etməsinə təkzib edilməz töhfələr verdi. Elmin bütün sahələrinə dəstək göstərdi, ölkədə elmi potensialın artmasına nail oldu. Bu gün də biz belə bir dahi şəxsiyyəti yad edirik. Bir xalq olaraq onun bizim üçün etdiklərinin qarşısında baş əyirik".

Anım mərasımında universitetin digər müəllim və professorları, tələbələri Ulu Öndər haqqında xatirələrini dilə gətirib, onu dərin ehtiramla yad ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə