MSK sədri: "MSK üzvləri istənilən müraciətə normal cavab verməlidirlər"

MSK sədri: "MSK üzvləri istənilən müraciətə normal cavab verməlidirlər"

"Seçki məntəqəsinə müraciət edən bələdiyyə üzvlüyünə namizəd və nümayəndələrinə qarşı mülayim davranış ortaya qoyulmalıdır". SİA-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M. Pənahov deyib ki, məntəqə seçki komissiyalarının üzvləri istənilən müraciətə, hətta yersiz hərəkətə belə imkan daxilində normal cavab verməlidirlər: "Bəzən seçki məntəqəsində bəziləri qəsdən vəziyyəti gərginləşdirməyə çalışır. Xüsusən kənd yerlərində bu cür məsələlərdə dözümlü olmaq lazımdır. Ümumiyyətlə, dünyanın hər yerində seçki dövründə əsəblərin gərginləşməsi müşahidlə olunur. Seçki komissiyaları da bu məsələdə gərginliyə yol verməməlidirlər".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə