Bu gün Milli Təhlükəsizlik Nazirliyinin M.Şəhriyar adına Mədəniyyət Mərkəzində Müdafiə Nazirliyi tərəfindən "Ordu xalqın, xalq Ordunun dayağıdır" mövzusunda Hərbi vətənpərvərlik gecəsi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə müdafiə nazirinin müavini general-leytenant Kərəm Vəliyev, Nazirliyin mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Xanhüseyn Kazımlı və digərləri iştirak edib.
Tədbirə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə start verilib.
Müdafiə Nazirliyin mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani Azərbaycanda ordu quruculuğunun yaranması və hazırda ordumuzun daha da güclənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib: "Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları da Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olub".
Daha sonra mərasimə bədii hissə ilə yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB