Mütəllim Rəhimli: “Xədicə İsmayıl Leyla Yunusun eyni tipidir” MÜNASİBƏT

Mütəllim Rəhimli: “Xədicə İsmayıl Leyla Yunusun eyni tipidir” MÜNASİBƏT

"Bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirilir. Bu bəyanatlar bir çox hallarda ölkəmizdə insan hüquq və azadlıqlarının pozulmasını ifadə edən bəyanatlardır". Bu fikirləri SİA-ya Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin sədri Mütəllim Rəhimli bəzi beynəlxalq təşkilatların bir sıra məsələlərdə qərəzli mövqedən çıxış etmələrinə münasibət bildirərkən deyib.

Mütəllim Rəhimli qeyd edib ki, Azərbaycanı sevməyən, uğurlarını görməzlikdən gələn qüvvələrin təşkilatlanaraq milli maraqlarımıza zidd fikirlərlə çıxışlar etmələrinin arxasında bir çox məqamlar dayanır: "Belə ki, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir mövqe sərgiləməyən təşkilatlar, ölkə daxilində baş verən xırda bir məsələyə həmən münasibət bildirirlər. Bütün bunların qarşısının alınması üçün birgə müzakirələr aparmaq yararlı olardı. Düşünürəm ki, Leyla Yunus, Xədicə İsmayıl və bu kimi insanlar haqqında səsləndirilən bəyanatların arxasında Azərbaycan dövlətçiliyinin əleyhinə fəaliyyət göstərən bu və ya digər formada maraqlarımıza zərbə vurmağa çalışan təxribatçı qüvvələr dayanır. Bunların hər ikisi eyni qüvvənin alətinə çevriliblər. Xarici dairələrin təzyiqləri ilə məsələnin həllində heç bir müsbət nəticə əldə etmək mümkün deyil. Kimliyindən asılı olmayaraq, istər hüquq müdafiəçiləri, istərsə də siyasətçilər məsələyə düzgün aspektdən yanaşmalıdırlar".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə